İran “SEPAH”ı ABŞ-nin 4 ölkədəki hərbi bazalarına hücum edib

Dünya xəbərləri Materials 2 Sentyabr 2026 10:31 (UTC +04:00)
İran “SEPAH”ı ABŞ-nin 4 ölkədəki hərbi bazalarına hücum edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ-nin 4 ölkədə (İordaniya, Bəhreyn, İraq və Küveyt) hərbi bazalarına PUA və raketlərlə hücum edib.

Bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.

“Ötən gecə ABŞ ordusu İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Sirik adasında toy mərasiminə hərbi hava hücumu edib. Bu hücum nəticəsində 70-yə yaxın vətəndaş yaralanıb, onlardan 4 nəfəri, o cümlədən bir uşaq isə ölüb”, -deyə məlumatda qeyd olunub.

Bildirilir ki, SEPAH bu hücumlara cavab olaraq ABŞ ordusunun İordaniya, Bəhreyn və İraqdakı hərbi hava bazalarına hücumlar edib. ABŞ-nin Küveytdəki hərbi hava bazasına raket və PUA hücumunda bir qrup amerikalı hərbçi ölüb. Bu bazada PUA anqarı, vurulub və bir çox PUA məhv edilib.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti