"Mançester Siti" dünya çempionatının qalibi Enzo Fernandeslə müqavilə imzalayıb

İdman Materials 2 Sentyabr 2026 07:38 (UTC +04:00)
"Mançester Siti" dünya çempionatının qalibi Enzo Fernandeslə müqavilə imzalayıb

Bakı. Trend:

Argentina millisinin heyətində 2022-ci il dünya çempionu olan Enzo Fernandes “Çelsi”dən “Mançester Siti”yə keçib.

Bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, tərəflər beşillik müqavilə imzalayıblar.

"Transfermarkt" portalının məlumatına görə, “Çelsi” İngiltərə çempionatındakı rəqibindən 145 milyon avro alacaq. Bu keçid Fernandesin “Mançester Siti”nin rekord transferi olmasına və 2023-cü ilin yanvarından 2026-cı ilin iyulunadək sahib olduğu tarixi ən bahalı mərkəz yarımmüdafiəçi titulunu geri qaytarmasına imkan verəcək. Fernandes bu titulu ingiltərəli Elliot Andersonun transferinə qədər qoruyub.

Xəbər lenti

Xəbər lenti