Bakı.Trend:
Özbəkistan Şanxay Əməkdaşlıq Təşkilatını Əfqanıstan nümayəndələri ilə müntəzəm dialoqu bərpa etməyə çağırıb və Əfqanıstanın sabitliyini daha geniş regional təhlükəsizlik və iqtisadi inkişafla əlaqələndirib.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu təkliflə Bişkekdə keçirilən ŞƏT-in 25-ci yubiley sammitində çıxış edib.
“Əfqanıstanda sülh və sabitliyin qorunub saxlanılması regionumuzun təhlükəsizliyinin və dayanıqlı inkişafının təmin edilməsinin əsas şərti olaraq qalır”, - deyə dövlət başçısı bildirib.
Bu fonda Özbəkistan Prezidenti ŞƏT-in Əfqanıstan nümayəndələri ilə müntəzəm dialoqu bərpa etməsini təklif edib. Bu təşəbbüs regional təhlükəsizlik məsələlərinin, eləcə də Əfqanıstanın iqtisadi inkişafının və onun regional əməkdaşlıq mexanizmlərinə inteqrasiyasının müzakirəsi üçün platforma yaradacaq.
