Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp İordaniyadakı ABŞ bazalarına hücumdan sonra İrana güclü cavab zərbəsi endiriləcəyini açıqlayıb.
Bu barədə ABŞ prezidenti "Fox News" telekanalına bildirib.
“Biz onlara güclü zərbə endirəcəyik. Cavab olacaq”, – deyə ABŞ prezidenti qeyd edib.
Tramp vurğulayıb ki, ABŞ-nin hava hücumundan müdafiə sistemi yalnız bir İran raketini ələ keçirə bilməyib. Hərbçilər mərmini vurmayıblar, çünki onun mühüm hədəfi vurmayacağına əmin olublar.
Bundan əlavə, Tramp Tehrana qarşı sanksiyalar vasitəsilə təzyiqin artırılacağına söz verib.
Avqustun 30-dan 31-nə keçən gecə İran İordaniyada qırıcı təyyarələrin yerləşdiyi iki ABŞ bazasına hücum edib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, zərbələr ABŞ-nin Hörmüz boğazında yerləşən Larek adasına endirdiyi hücuma cavab olub.
