Bakı.Trend:
Yerlan Karin Qazaxıstanın yeni vitse-prezidenti seçilib. Onun namizədliyini Qurultayın ( Qazaxıstan parlamenti –red) 141 deputatı dəstəkləyib.
Bu barədə Qazaxıstan KİV məlumat yayıb.
Onun namizədliyi prezident Kasım-Jomart Tokayev tərəfindən irəli sürüb. Dövlət başçısı qeyd edib ki, vitse-prezident idarəetmə sistemində mühüm rol oynayır, hakimiyyət orqanları , Qurultay və hökumət arasında qarşılıqlı əlaqəni təmin edir.
Tokayev Karinin dövlət idarəçiliyində böyük təcrübəyə malik olduğunu və genişmiqyaslı islahatların həyata keçirilməsində iştirak etdiyini vurğulayıb.
