Bakı. Trend:
Amsterdamın mərkəzi dəmiryol vağzalında naməlum şəxsin bıçaqla insanlara hücumu nəticəsində üç nəfər yaralanıb.
Bu barədə yerli “HLN” nəşrinə istinadən məlumat yayılıb.
Hadisə şənbə günü saat 19:30-da (Bakı vaxtı ilə 21:30) Amsterdamın mərkəzi vağzalında baş verib.
Məlumata görə, naməlum şəxs ətrafdakı insanlara bıçaqla hücum edərək üç nəfəri yaralayıb. Hücum zamanı şübhəlinin özü də xəsarət alıb. Yaralılardan ikisi xəstəxanaya yerləşdirilib. Onların səhhəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Hadisənin motivləri və hücumun səbəbləri araşdırılır.