İran Hörmüzlə bağlı şərtlərdən ibarət siyahını hazırlamağa razılaşıb

Dünya xəbərləri Materials 28 Avqust 2026 13:05 (UTC +04:00)
İran Hörmüzlə bağlı şərtlərdən ibarət siyahını hazırlamağa razılaşıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İran Hörmüz boğazında hərəkətin bərpası üçün şərtlərdən ibarət siyahını hazırlamağa razılaşıb.

Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

“Keçmişdə İranın şərtləri arasında ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın dayandırılması, kompensasiya ödənilməsi və sanksiyaların götürülməsi olub. İranın bu tələbləri ABŞ tərəfi üçün məqbul olacaq şəkildə dəyişdirmək niyyətində olub-olmadığı hələlik aydın deyil”, - nəşr qeyd edib.

Nəşrin məlumatına görə, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani Tehrana səfəri zamanı yüksək vəzifəli İran rəsmiləri ilə görüşündə beynəlxalq hüquqa uyğun olaraq Hörmüz boğazında gəmiçiliyin azadlığının təmin edilməsinin vacibliyini vurğulayıb. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi daha sonra bildirib ki, İran müttəfiqlərinin çağırışını təmin etmək üçün bir sıra şərtlər hazırlayacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti