Kəlbəcərə 15–20 mm diametrində dolu yağıb - Faktiki hava

Cəmiyyət Materials 28 Avqust 2026 15:43 (UTC +04:00)
Kəlbəcərə 15–20 mm diametrində dolu yağıb - Faktiki hava
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Kəlbəcər rayon mərkəzinə intensiv leysan yağışla bərabər 10–12 mm, İstisu qəsəbəsi və Alagöllər ərazisinə isə 15–20 mm diametrində dolu yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Xidmətin avqustun 28-i saat 15:30-a olan məlumatına əsasən, Kəlbəcər rayon mərkəzinə saat 14:42–14:55 radələrində intensiv leysan yağışla bərabər, diametri 10–12 mm olan dolu yağıb.

Rayonun İstisu qəsəbəsi və Alagöllər ərazisinə isə saat 15:02–15:16 radələrində diametri 15–20 mm olan dolu düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti