Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov

Dünya xəbərləri Materials 28 Avqust 2026 13:26 (UTC +04:00)
Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBK-ya verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı ölkələri may ayında keçirilən sammitdə bəyanatla çıxış edərək Ermənistan rəhbərliyini referendum keçirməyə və seçim etməyə çağırıblar.

“Mənim fikrimcə, bu, tamamilə ədalətli tələbdir. Bir təşkilatın normaları digərinin normaları ilə uzlaşmır. Bu barədə artıq çox danışılıb”,-deyə Lavrov bildirib.

Lavrov eyni zamanda Ermənistan Baş Naziri Nikol Paşinyanın Avropa İttifaqına üzvlük prosesi ilə bağlı mövqeyini şərh edib.

“Elə bu yaxınlarda xəbərlərdə oxudum ki, Nikol Paşinyan referendum barədə Avropa İttifaqına üzvlük üçün müraciət etdikdən, müraciətə reaksiya verildikdən və bu üzvlüklə bağlı “yol xəritəsi” hazırlandıqdan sonra danışmağın mümkün olacağını bildirib. Onun sözlərinə görə, referendum da bundan sonra keçiriləcək. Məncə, bu, erməni seçicilərə, erməni xalqına o qədər də böyük etimadın olmadığını göstərir. Məhz dürüst seçim nümayiş etdirmək lazımdır”, – deyə Lavrov vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti