Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 28 Avqust 2026 11:30 (UTC +04:00)
Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edəcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 4-də, saat 09:30-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bərdə şəhərində yerləşən Telekommunikasiya Qovşağında Tərtər, Ağdam, Goranboy, Ağcabədi, Bərdə rayonlarının və Naftalan şəhərinin sakinlərini qəbul edəcək.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula sentyabrın 3-nə qədər nazirliyin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda sentyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti