Delsi Rodrigez Venesuelanın ABŞ ilə neft sazişini elan edib

Dünya xəbərləri Materials 29 Avqust 2026 05:50 (UTC +04:00)
Delsi Rodrigez Venesuelanın ABŞ ilə neft sazişini elan edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuela ABŞ hökuməti ilə ölkənin karbohidrogen sənayesi üçün strateji infrastrukturun bərpası və yenidən qurulmasına investisiyaların təşviq edilməsini nəzərdə tutan “tarixi saziş” əldə etdiyini açıqlayıb.

Bu barədə Venesuelanın prezident səlahiyyətlərini icra edən Delsi Rodrigez bəyanat yayıb.

O, sazişin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə və ölkənin enerji sektoruna böyük həcmdə investisiyaların cəlb olunmasına şərait yaradacağını bildirib.

Bəyanatda qeyd olunub ki, saziş özəl operatorların iştirakı ilə Venesuelada neft hasilatının əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək.

Sənəddə “təsdiqlənmiş neft ehtiyatları 65 milyard barrel olan 17 strateji yatağın işlənməsi, 100 milyard ABŞ dollarından çox investisiya qoyuluşu və dövlət büdcəsinə 209 milyard dollardan çox vergi ödənişi” nəzərdə tutulur.

Delsi Rodrigez tarixi sazişin Venesuelanın dirçəlişinə əhəmiyyətli təsir göstərəcəyini qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti