Bakı. Trend:
İtaliya A Seriyasının 2026/2027 mövsümünün 2-ci turunda Milandakı “San-Siro” stadionunda “Milan” və “Venesiya” komandaları qarşılaşıblar. Görüşün baş hakimi Pinerolodan olan Canluka Manqanyello olub. Oyunda meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar.
Qarşılaşmanın 69-cu dəqiqəsində “Milan”ın yeni transferi Qonsalu Ramuş vinger Aleksis Salemakersin ötürməsindən sonra yeni komandasının heyətində debüt qolunu vurub. 89-cu dəqiqədə isə “Venesiya”nın müdafiəçisi Reduan Halal topu öz qapısına göndərib.
“Milan” iki turdan sonra 6 xalla A Seriyasının turnir cədvəlində birinci pillədə qərarlaşıb. “Venesiya” hər iki oyunda da məğlub olub.
İtaliya çempionatının 2-ci turunun digər doqquz oyunu avqustun 29-dan 31-dək keçiriləcək.
İngiltərə Premyer Liqasının 2-ci turunda “Kristal Pelas” və “Mançester Siti” komandaları qarşılaşıblar. Londondakı “Selherst Park” stadionunda keçirilən matçı baş hakim Endryu Medli idarə edib. Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 17-ci dəqiqədə hücumçu Erlinq Holand açıb. 54-cü dəqiqədə yarımmüdafiəçi Rayan Şerki “Mançester Siti”nin üstünlüyünü artırıb. İki dəqiqə sonra “şəhərlilər”in qapıçısı Canluici Donnarumma avtoqola imza atıb. Daha üç dəqiqə sonra Şerki dublunu rəsmiləşdirib. 84-cü dəqiqədə isə Holand da dubl edib.
Növbəti turda “Kristal Pelas” sentyabrın 5-də səfərdə “Fulhem”lə qarşılaşacaq, “şəhərlilər” isə həmin gün “Koventri Siti”ni qəbul edəcəklər.
Fransa çempionatının 2-ci turunda “Lill” və “Paris Sen-Jermen” komandaları arasında keçirilən qarşılaşma Fransanın Vilnöv-d’Ask şəhərində yerləşən “Dekatlon Arena – Pyer-Morua” stadionunda baş tutub. Görüşü Erik Vattelye idarə edib. Matç 2:2 hesabı ilə başa çatıb.
21-ci dəqiqədə “Lill”in yarımmüdafiəçisi Hakon-Arnar Haraldson hesabı açıb. 84-cü dəqiqədə hücumçu Dilan Bakva meydan sahiblərinin üstünlüyünü artırıb. 90+1-ci dəqiqədə Vitinya hesab arasındakı fərqi azaldıb. 90+5-ci dəqiqədə isə parislilərin müdafiəçisi Markinyos hesabı bərabərləşdirib.
Hazırda parislilər iki xalla turnir cədvəlində altıncı, “Lill” isə 4 xalla birinci pillədə qərarlaşıb.
