"Real" İspaniya millisinin yarımmüdafiəçisini transfer edir

İdman Materials 30 Avqust 2026 05:28 (UTC +04:00)
"Real" İspaniya millisinin yarımmüdafiəçisini transfer edir

Bakı. Trend:

"Real" heyətini yeni oyunçu ilə gücləndirəcək.

"Kral klubu" "Rasinq"də çıxış edən Serxio Martinesin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Real" 19 yaşlı yarımmmüdafiəçi üçün onun klubuna 3 milyon avro təzminat ödəyəcək. Gənc oyunçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Qeyd edək ki, Serxio Martines "Rasinq"in yetirməsidir. O, İspaniyanın U-19 millisinin üzvüdür.

Xəbər lenti

Xəbər lenti