Ötən gün 16 itkin şəxs tapılıb, axtarışda olan 11 nəfər saxlanılıb

Hadisə Materials 29 Avqust 2026 17:41 (UTC +04:00)
Ötən gün 16 itkin şəxs tapılıb, axtarışda olan 11 nəfər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 28-də polis əməkdaşları tərəfindən respublika ərazisində bir sıra əməliyyat və profilaktik tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışda olan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 1,3 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.

Bundan başqa, polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat, 6 tüfəng, 2 patron darağı və 69 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

DİN-dən bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, eləcə də qanunsuz saxlanılan odlu silah-sursata qarşı əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti