"Barselona"nın müdafiəçisi daha bir klubun hədəfindədir

İdman Materials 29 Avqust 2026 14:00 (UTC +04:00)
"Barselona"nın müdafiəçisi daha bir klubun hədəfindədir
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

"Barselona"nın müdafiəçisi Alexandro Balde "Mançester Yunayted"dən sonra daha bir klubun transfer siyahısına düşüb.

"Milan" da ispaniyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

A Seriyası nəhənginin baş məşqçisi Ruben Amorim Baldeni komandasında görmək istəyir. La Liqa klubu 22 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, Alexandro Balde "Barselona"nın yetirməsidir. Kataloniya təmsilçisinin baş məşqçisi La Liqanın ilk iki matçında İspaniya millisinin üzvünü heyətə daxil etməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti