ABŞ-ın Missisipi ştatında atışma nəticəsində bir nəfər ölüb

Dünya xəbərləri Materials 29 Avqust 2026 21:39 (UTC +04:00)
ABŞ-ın Missisipi ştatında atışma nəticəsində bir nəfər ölüb

Bakı. Trend:

ABŞ-ın Missisipi ştatında yerləşən Maqi şəhərinin şimal-şərq hissəsində atışma hadisəsi qeydə alınıb.

Bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, hadisə zamanı ümumilikdə dörd nəfər odlu silahdan yaralanıb. Onlardan biri aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.

Hadisənin səbəbləri və digər təfərrüatlarla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti