Dövlət Departamenti amerikalı diplomatları Yaxın Şərqə qaytarmağa başlayıb

Dünya xəbərləri Materials 29 Avqust 2026 07:41 (UTC +04:00)
Dövlət Departamenti amerikalı diplomatları Yaxın Şərqə qaytarmağa başlayıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin İrana qarşı hərbi əməliyyatına başlayandan sonra Yaxın Şərqi tərk edən amerikalı diplomatlar bölgədəki ABŞ səfirliklərinə qayıdırlar.

Bu barədə Associated Press (AP) məlumat yayıb.

Agentliyin məlumatına görə, Dövlət Departamenti bu həftə Yaxın Şərqdə çalışan əməkdaşlarının bölgədəki fəaliyyətinə tətbiq olunan bəzi məhdudiyyətləri aradan qaldırmağa başlayıb. Bununla belə, agentlik qeyd edir ki, regiondakı ABŞ diplomatik nümayəndəliklərinin əksəriyyəti hələlik tam heyətlə fəaliyyətə qayıtmaq niyyətində deyil.

Associated Press yazır ki, bu addımlar Vaşinqtonun İranla münaqişəyə yanaşmasında dəyişikliklə mütləq bağlı deyil. Daha çox Dövlət Departamentinin kadr siyasəti ilə əlaqədardır. Bu siyasət diplomatların ezam olunduqları yerlərdən kənarda nə qədər müddət qala biləcəyini məhdudlaşdırır.

Bundan əvvəl The New York Times Dövlət Departamentinin daxili sənədlərinə istinadən ABŞ hakimiyyətinin diplomatları Yaxın Şərq ölkələrindəki səfirliklərə qaytarmağa hazırlaşdığını yazmışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti