Bakı.Trend:
Nepal hakimiyyəti sel və daşqınların fəsadlarının aradan qaldırılmasında kömək göstərmək təkliflərini irəli sürən xarici xilasedici qrupların təkliflərini rədd edib.
Bu barədə “The Kathmandu Post” məlumat yayıb.
Hökumət bildirib ki, ölkənin milli güc strukturları axtarış-xilasetmə əməliyyatlarını müstəqil şəkildə həyata keçirmək imkanına malikdir.
Nepallı məmurun sözlərinə görə, bu qərar 2015-ci il zəlzələsinin təcrübəsi nəzərə alınaraq qəbul edilib. Həmin vaxt çox sayda xarici xilasedicinin ölkəyə gəlməsi və gələn qruplar arasında rəqabət əməliyyatın əlaqələndirilməsi və idarə olunması ilə bağlı ciddi problemlər yaradıb.
Onu da qeyd edək ki, son rəqəmlərə əsasən Nepalın şimal rayonlarında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb.
