Bakı. Trend:
Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakinini döyərək onun 960 manat pulunu, içərisində 250 manat dəyərində mobil telefon və 2 bank kartı olan çantasını ələ keçirib.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Elvin Fərəcov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.
