Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 239,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı il üçün avqust sayında bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60,6 milyon ABŞ dolları və ya 33,9% çoxdur.
Təkcə iyulda isə Azərbaycan 37,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da ötən ilin eyni dövrünı nisbətən 3,3 milyon ABŞ dolları və ya nisbətən 9,7% çoxdur.
Qeyd edək ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
Qızılın Azərbaycan iqtisadiyyatındakı əhəmiyyəti yalnız ixrac göstəriciləri ilə məhdudlaşmır. Qiymətli metal Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin ən böyük komponentidir və fondun aktivlərinin 36%-ni təşkil edir.
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings”in yeni hesabatına görə, 2026-cı ilin birinci rübünün sonuna ARDNF-in aktivləri 73,5 milyard ABŞ dolları təşkil edib ki, bu da Azərbaycanın 2026-cı il üçün proqnozlaşdırılan ÜDM-nin 93,2%-nə bərabərdir.
“Fitch” qeyd edir ki, 2023-cü ildən 2026-cı ilin birinci rübünə qədər ARDNF aktivlərinin 19,4 milyard dollar artmasına qızıl aktivləri birbaşa töhfə verib. Bu artımın 26%-i həcm effekti hesabına formalaşıb.
Agentliyin qiymətləndirməsinə görə, Azərbaycanın “BBB-” səviyyəsində olan suveren reytinqi ARDNF-nin əhəmiyyətli həcmdə aktivlərinə görə bir pillə yüksəlir. Bu aktivlər ölkəyə yüksək səviyyədə xarici valyuta likvidliyi və xalis xarici kreditor statusu təmin edir.
“Fitch” qızıl qiymətlərinin artmasının ARDNF-in aktivlərinin həcminə müsbət təsir göstərdiyini, lakin bu təsirin qızıl ehtiyatlarının həcmindəki dəyişikliklərlə müəyyən dərəcədə kompensasiya oluna biləcəyini bildirir. Agentliyin məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında ARDNF investisiya portfelinin yenidən balanslaşdırılması çərçivəsində qızıl ehtiyatlarının bir hissəsinin toplanmış satışı həyata keçirilib.
Bununla yanaşı, “Fitch” qızılın Qafqaz və Mərkəzi Asiya ölkələrinin xarici maliyyə mövqelərində artan roluna diqqət çəkir.
“Qızıl region ölkələrinin xarici suveren buferlərinin strukturunda daha böyük əhəmiyyət qazanıb. Özbəkistan beynəlxalq ehtiyatlarında qızılın ən yüksək payına malik ölkədir, Qırğızıstanın ehtiyatlarının böyük hissəsi də qızılın payına düşür. Ölkənin əhəmiyyətli xarici ehtiyatlarının əsasını təşkil edən Azərbaycan Dövlət Neft Fondu qızılda əhəmiyyətli aktivlərə malikdir”, - deyə agentlik bildirib.
“Fitch”in məlumatına görə, qızıl qiymətlərinin artması qızıl ixrac edən ölkələrin tədiyə balansına da dəstək verib. Agentlik Özbəkistanda qızıl ixracının artmasının təsiri ilə cari hesab kəsirinin 2023-2025-ci illər arasında əhəmiyyətli dərəcədə azaldığını, Qırğızıstanın da qızıl qiymətlərinin dinamikası və qızıl ixracından faydalandığını qeyd edir.
Bununla belə, agentlik qızılın ehtiyatlarda və ixracda payının artmasının qiymətli metalın qiymətində kəskin eniş baş verdiyi halda region ölkələri üçün həssaslıq yarada biləcəyini vurğulayır.
“Belə bir azalma halında qızıl istehsal edən ölkələrin nominal ÜDM-i, büdcə göstəriciləri və tədiyə balansı göstəriciləri pisləşəcək, ehtiyatlarının tərkibində qızılın payı yüksək olan dövlətlərdə isə ehtiyatların dəyəri azalacaq”, - deyə “Fitch” bildirib.
Agentlik əlavə edib ki, qızıl qiymətlərinin öz-özlüyündə azalmasının bu suveren borcalanlara münasibətdə mənfi reytinq tədbirlərinə səbəb olacağı gözlənilir.
Beləliklə, Azərbaycanın qızıl ixracının artması həm qeyri-neft ixracının genişlənməsi, həm də ölkənin xarici maliyyə mövqeyində qızıl aktivlərinin artan əhəmiyyəti fonunda diqqət çəkir.
