Ermənistanda 3 nazirliyin adı dəyişdirildi

Dünya xəbərləri Materials 28 Avqust 2026 09:19 (UTC +04:00)
Ermənistanda 3 nazirliyin adı dəyişdirildi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistan parlamenti üç nazirliyin adının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini ikinci və yekun oxunuşda təsdiqləyib.

Ermənistan KİV-nin məlumatına görə, bu barədə Ermənistan parlamentinin spikeri Ruben Rubinyan məlumat verib.

Spikerin sözlərinə görə, “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna və əlaqəli qanunvericilik aktlarına dəyişiklikləri 64 deputat dəstəkləyib, 26 parlamentari isə əleyhinə səs verib.

Qəbul edilmiş dəyişikliklərə əsasən, Ermənistanın Xarici İşlər Nazirliyinin adı Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi, Əmək və Sosial Məsələlər Nazirliyinin adı Əmək və Rifah Nazirliyi, Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin adı isə Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi olaraq dəyişdirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti