İsrail HHQ “Hizbullah”a məxsus yeraltı obyektləri məhv edib

Dünya xəbərləri Materials 28 Avqust 2026 02:40 (UTC +04:00)
İsrail HHQ “Hizbullah”a məxsus yeraltı obyektləri məhv edib

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubundakı Nəbatiyyə şəhərində “Hizbullah”a məxsus yeraltı obyektləri məhv edib.

Zərbələr nəticəsində şəhərin şərqindəki Əli əl-Taher yüksəkliklərini müdafiə edən müqavimət qüvvələri itki verib. Ölən döyüşçülərin sayı barədə məlumat yoxdur.

İsrail ordusunun sözçüsü Ella Vaveyanın ərəb dilində verdiyi açıqlamaya görə, bu addım “Hizbullah”ın ölkənin hərbi mövqelərinə partlayıcı maddələrlə yüklənmiş dron hücumlarına cavab xarakteri daşıyır.

Ərəb Səlim yaşayış məntəqəsinə də hava zərbələri endirilib. Nəticədə bir qadın həlak olub, altı nəfər yaralanıb.

Qeyd edək ki, martın 2-də hərbi eskalasiya başlayandan bəri Livanda ölənlərin sayı 4350-yə, yaralıların sayı isə 12 min 310-a çatıb.

Xəbər lenti

Xəbər lenti