Ölkə ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən minlərlə qəlyan tütünü aşkar edilib

Cəmiyyət Materials 26 Avqust 2026 15:05 (UTC +04:00)
Ölkə ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən minlərlə qəlyan tütünü aşkar edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yyaıb.

Bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən anbarda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan, ümumilikdə 4263 ədəd qəlyan tütünü aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti