İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

Dünya xəbərləri Materials 27 Avqust 2026 20:08 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Mavritaniyanın sabiq xarici işlər naziri İsmail Uld Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni Baş katibi seçilib.

Bu barədə İslam Əməkdaşlıq Təşkilatı məlumat yayıb.

İ. Uld Şeyx Əhməd İƏT xarici işlər nazirlərinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən fövqəladə iclasında Baş katib seçilib.

Qeyd edək ki, 66 yaşlı diplomat 2021-ci ilin sonlarından İƏT-in Baş katibi vəzifəsini tutan Çad nümayəndəsi Hüseyn İbrahim Tahanı əvəz edəcək. Onun səlahiyyət müddəti rəsmi olaraq noyabr ayında başa çatacaq.

İsmail Uld Şeyx Əhməd 2018–2022-ci illərdə Mavritaniyanın xarici işlər naziri, 2015–2018-ci illərdə isə BMT Baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.

İƏT BMT-dən sonra dünyanın ikinci ən böyük hökumətlərarası təşkilatıdır və 57 üzv dövləti birləşdirir.

Xəbər lenti

Xəbər lenti