Bakı.Trend:
Bosniya serblərinin keçmiş ordu komandanı general Ratko Mladiç 84 yaşında vəfat edib.
Bu barədə “Reuters” serbiyanın “Informer” telekanalına istinadən məlumat yayıb.
Son iki il ərzində Mladiç Haaqadakı həbsxana hospitalında saxlanılıb. KİV-in məlumatına görə, son vaxtlar o, yatağa məhkum olub. Səhhətinin pisləşməsi səbəbindən ailəsi daha əvvəl humanitar əsaslarla onun azadlığa buraxılması üçün vəsatət qaldırmışdı.
Mladiç 2011-ci il mayın 26-da Serbiyada həbs edilib və Haaqaya ekstradisiya olunub. 2017-ci ilin noyabrında keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal onu ömürlük həbs cəzasına məhkum edib.
Məhkəmə Mladiçi 1992–1995-ci illərdə Bosniya və Herseqovinada müharibə zamanı törədilmiş soyqırımında, hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə təqsirli bilib.
