Kaendə sürücü avtomobili izdihamın üzərinə sürüb, azı bir nəfər ölüb, 10-dan çox yaralı var

Dünya xəbərləri Materials 27 Avqust 2026 02:45 (UTC +04:00)

Bakı. Trend:

Kaen şəhərində (Kalvados departamenti) dəmir yolu vağzalının yaxınlığında avtomobil sürücüsü bir neçə nəfəri vurub. Nəticədə azı bir nəfər ölüb, 10-dan çox insan, o cümlədən dörd nəfər ağır yaralanıb.

Bu barədə Le Figaro hadisə ilə bağlı məlumatlı mənbəyə istinadən xəbər verir. Məlumatı Liberté də təsdiqləyib. BFMTV-nin məlumatına görə, hadisədən əvvəl barda mübahisə baş verib və daha sonra vəziyyət gərginləşib.

Hadisə saat 22 radələrində SNCF dəmir yolu vağzalının yaxınlığında baş verib. Məlumatımıza görə, qara rəngli Almaniya istehsalı avtomobil tramvay dayanacağının yaxınlığında gözləyən insanları bilərəkdən vurub. Bir neçə zərərçəkən ağır xəsarət alıb. Polis bildirir ki, onların əksəriyyətinin xarici ölkə vətəndaşları olduğu, xüsusilə Əfqanıstan, Misir və ya Banqladeş vətəndaşları olduğu ehtimal edilir. Ərazi hakimiyyət orqanları tərəfindən mühasirəyə alınıb.

Polisin məlumatına görə, sürücü hadisədən sonra qaçıb, daha sonra Ouistreham şəhərində saxlanılıb. Onun 26 yaşlı, Rusiyada doğulmuş İbrahim İ. olduğu bildirilir. Hücumun dəqiq şəraitini və şübhəlinin motivlərini müəyyənləşdirmək məqsədilə araşdırma aparılır. Prefekt hadisə yerindədir.

Xəbər lenti

Xəbər lenti