Bitkoin 79 min dollara kimi ucuzlaşıb

İqtisadiyyat Materials 26 Avqust 2026 08:03 (UTC +04:00)
Bitkoin 79 min dollara kimi ucuzlaşıb

Bakı. Trend:

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətinin qiymətində azalma qeydə alınıb.

“CoinMarketCap” məlumatlarına görə, Bitkoinin qiyməti 2,09% geriləyərək 79 045,34 ABŞ dollarına düşüb.

“Ethereum” son sutkada 1,58% ucuzlaşaraq 2 464,41 dollar, BNB isə 2,87% azalaraq 695,99 dollar olub. Ən ciddi eniş “Zcash” kriptovalyutasında qeydə alınıb. Onun qiyməti 8,49% azalaraq 784,54 dollara enib. “Bitcoin Cash” 3,83%, “Bittensor” isə 3,20% dəyər itirib. Bunun əksinə, “Monero” 0,37% bahalaşaraq 442,81 dollara yüksəlib.

Qızılla təmin olunan kriptovalyutalarda isə cüzi artım müşahidə olunub. Belə ki, “PAX Gold” (PAXG) 0,24% bahalaşaraq 4 640,88 dollara, “Tether Gold” (XAUT) isə 0,27% artaraq 4 632,46 dollara çatıb.

Ümumilikdə, kriptovalyuta bazarının kapitallaşması son 24 saat ərzində 2,19% azalaraq 2,65 trilyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti