Hörmüz boğazı minalardan təmizlənib, İrana xəbərdarlıq edilib - Tramp

Dünya xəbərləri Materials 25 Avqust 2026 19:21 (UTC +04:00)
Hörmüz boğazı minalardan təmizlənib, İrana xəbərdarlıq edilib - Tramp
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazının beynəlxalq sularını bütün minalardan təmizlədiyini açıqlayıb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində yazıb.

“ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən mənə indicə bildirilib ki, Hörmüz boğazının beynəlxalq sularında olan bütün minalar çıxarılıb və ya zərərsizləşdirib.

İrana bildirilib ki, yeni minalar yerləşdirən hər hansı gəmi və ya qayıq dərhal və sistemli şəkildə məhv ediləcək.

Kosmik Qüvvələrin vasitəsilə biz boğazın hər qarışını izləyirik. Eyni şəkildə, Pikaks dağına və artıq məhv edilmiş digər üç nüvə obyektinə də nəzarət edirik.

Minaların yerləşdirilməsinə qarşı "sıfır tolerantlıq siyasəti" tam qüvvədədir", - deyə Tramp paylaşımında qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti