"Mançester Yunayted" heyətini yeni oyunçu ilə gücləndirib

İdman Materials 26 Avqust 2026 01:54 (UTC +04:00)
"Mançester Yunayted" heyətini yeni oyunçu ilə gücləndirib

Bakı. Trend:

İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Premyer Liqa nəhəngi "Brayton"dan Karlos Balebanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qırmızı şeytanlar" kamerunlu futbolçu üçün 80+5 milyon avro təzminat ödəyəcəklər. 22 yaşlı dayaq yarımmüdafiəçisi "Mançester Yunayted"lə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Brayton" Karlos Balebanı 2023-cü ilin yayında "Lill"dən 27 milyon avroya transfer edib. Kamerun millisinin üzvü bu mövsüm "qağayılar"ın heyətində meydana çıxdığı 29 oyunda qol və ya məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti