Xaçmaz rayonunda yeni avtobus dayanacaqları quraşdırılır (FOTO)

Cəmiyyət Materials 24 Avqust 2026 19:29 (UTC +04:00)
Xaçmaz rayonunda yeni avtobus dayanacaqları quraşdırılır (FOTO)

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Xaçmaz rayonunda sərnişindaşımanın təşkili və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni avtobus dayanacaqlarının quraşdırılması işləri həyata keçirilir.

Hazırda Xaçmaz və Xudat şəhərlərində bir neçə müasir dayanacaq artıq istifadəyə verilib. Cari il ərzində şəhərlərlə yanaşı, magistral yolun kənarında yerləşən kəndlərdə də ümumilikdə 50-dən çox dayanacağın quraşdırılması planlaşdırılır.

Yeni quraşdırılan dayanacaqlara baxış keçirən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və AYNA-nın Quba Regional İdarəsinin müdiri Elnur Eldarov görülən işlərlə tanış olublar. İcra başçısı sərnişinlərin rahat və təhlükəsiz daşınmasının təmin edilməsi məqsədilə gələcəkdə bu tip dayanacaqların sayının artırılmasının zəruriliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti