Qızılın qiyməti 4700 dolları keçib

İqtisadiyyat Materials 24 Avqust 2026 07:30 (UTC +04:00)
Qızılın qiyməti 4700 dolları keçib

Bakı. Trend:

"Comex" birjasında oktyabr ayında çatdırılma şərti ilə qızıl üzrə fyuçers müqaviləsinin qiyməti bir troya unsiyası üçün 4 700 dollar həddindən yuxarı qalxıb.

Bu, ticarət platformasının məlumatlarından aydın olur.

Sonuncu dəfə qiymətli metal 2026-cı ilin may ayında belə baha satılıb.

Bakı vaxtı ilə saat 06:10-a olan məlumata görə, qızılın kotirovkaları 0,55 % artım nümayiş etdirərək bir troya unsiyası üçün 4 706,4 dollara çatıb.

Saat 06:30-a fyuçersin dəyərinin artım tempi yüksəlib - qiymət bir troya unsiyası üçün 4 713,8 dollar təşkil edib ki, bu da 0,77 % artım deməkdir.

Xəbər lenti

Xəbər lenti