Bakı. Trend:
“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Cəbrayıl şəhərində 7,87 ha ərazidə inşa olunmuş yaşayış kompleksində baş plan üzrə 6, 7, 8, 9 və 10 nömrəli çoxmənzilli yaşayış binaları üzrə əlavə işlərin satın alınması ilə bağlı tender elan edib.
Prosedurda iştirak haqqı 350 manatdır.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 14 sentyabr 2026-cı il saat 15:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 14 sentyabr 2026-cı il saat 15:00-da (GMT+4) baş tutacaq.
Əlavə məlumat üçün telefon: (+994) 12 594 54 01 (252)
Əlaqədar şəxs: Mahmudova Nərmin Hüseynağa qızı
Email: [email protected]
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31
