Bakı. Trend:
Özbəkistanla Azərbaycan arasında uğurla yekunlaşan 4-cü Regionlararası Forum çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədlər imzalanıb.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Azərbaycan – Özbəkistan münasibətlərinin dövlət başçılarımızın siyasi iradəsi sayəsində intensiv inkişafı iqtisadi əlaqələrimizin daha da şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın gücləndirilməsinə mühüm stimul verir.
Enerji, maliyyə, infrastruktur, tikinti və istehsal kimi prioritet sahələrdə əməkdaşlığı əhatə edən sənədlər biznes assosiasiyaları arasında əlaqələrin daha da möhkəmləndirilməsini, özəl sektorun potensialının tam reallaşdırılmasını və birgə layihələrin həyata keçirilməsini təmin edəcək", - paylaşımda qeyd edilib.
