Sumqayıtda fərdi yaşayış evində yanğın baş verib (YENİLƏNİB)

Hadisə Xəbər 22 Avqust 2026 15:30 (UTC +04:00)
Sumqayıtda fərdi yaşayış evində yanğın baş verib (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 120kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

xxx

14:26

Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın baş verib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti