Konqo Demokratik Respublikasında iki gəmi toqquşub, 30 nəfər həlak olub

Dünya xəbərləri Xəbər 6 Oktyabr 2026 06:12 (UTC +04:00)
Konqo Demokratik Respublikasında iki gəmi toqquşub, 30 nəfər həlak olub

Bakı. Trend:

Konqo Demokratik Respublikasının (KDR) şimal-qərbində çayda iki gəminin toqquşması nəticəsində 30 nəfər həlak olub.

Bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ölənlərlə yanaşı, bir neçə on nəfər itkin düşüb. Konqo Mətbuat Agentliyinin məlumatına görə, 57 nəfəri xilas etmək mümkün olub. Axtarış-xilasetmə işləri davam edir.

İki gəmi Konqo çayında toqquşub. Gəmilərdən biri Businga şəhərindən ölkənin paytaxtı Kinşasaya, digəri isə Kinşasadan Lukolelaya gedirmiş. Gəmilərdən birində 163 nəfər olub. İkinci gəmidə neçə nəfərin olduğu barədə məlumat daxil olmayıb.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti