Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalına start verilib

İqtisadiyyat Xəbər 5 Oktyabr 2026 11:30 (UTC +04:00)
Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalına start verilib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalına start verilib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, festivalın açılışında kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edib.

Nazir bildirib ki, Aqrar Biznes festivalları fermerlər, sahibkarlar, dövlət qurumları, aqrar şirkətlər və elmi-tədqiqat müəssisələri arasında birbaşa əlaqələrin qurulduğu mühüm platformaya çevrilib.

Onun sözlərinə görə, 100-cü festivalın Ağdamda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Ağdamın yenidən qurulması ilə yanaşı, rayonda kənd təsərrüfatının inkişafı üçün də yeni imkanlar formalaşır.

Məcnun Məmmədov qeyd edib ki, torpaqlardan səmərəli istifadə, müasir texnologiyaların tətbiqi, yeni təsərrüfatların yaradılması və aqrar istehsal potensialının artırılması qarşıdakı dövrün əsas istiqamətlərindəndir.

Nazir bildirib ki, Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi istiqamətində işlər aparılır.

Məcnun Məmmədov vurğulayıb ki, kənd təsərrüfatında əsas məqsəd yalnız istehsal həcmini artırmaq deyil, daha məhsuldar, səmərəli, texnoloji və rəqabətqabiliyyətli aqrar sistem formalaşdırmaqdır.

Nazirin sözlərinə görə, dəqiq kənd təsərrüfatı, peyk məlumatları, sensorlar, dronlar, ağıllı suvarma sistemləri və süni intellekt kimi texnologiyalar aqrar istehsalın səmərəliliyinin artırılması üçün yeni imkanlar yaradır.

O qeyd edib ki, aqrar inkişaf yalnız ilkin istehsalla məhdudlaşmamalı, məhsulların saxlanması, emalı, çeşidlənməsi, qablaşdırılması və logistikasının düzgün təşkili də diqqətdə saxlanılmalıdır.

Nazir əlavə edib ki, Aqrar Biznes Festivalları çərçivəsində keçirilən kredit yarmarkaları, panel müzakirələri, startap zonaları və toxum sərgi-satış yarmarkaları fermer və sahibkarların dövlət dəstəyi mexanizmləri, maliyyə alətləri, innovativ həllər və keyfiyyətli toxumlarla bağlı imkanlara çıxışını genişləndirir.

Məcnun Məmmədov 100-cü Yubiley Aqrar Biznes Festivalının Ağdamın və bütövlükdə regionun aqrar inkişafına, fermer və sahibkarlar arasında yeni əməkdaşlıqların qurulmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti