“Turan Tovuz” “Fənərbağça” ilə yoldaşlıq oyununda məğlub olub

İdman Xəbər 3 Oktyabr 2026 22:11 (UTC +04:00)
“Turan Tovuz” “Fənərbağça” ilə yoldaşlıq oyununda məğlub olub

Bakı. Trend:

“Turan Tovuz” futbol klubu Türkiyənin “Fənərbağça” klubu ilə yoldaşlıq görüşündə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada İstanbul klubu 2:0 hesabı ilə qalib gəlib.

Görüşdə hesab 60-cı dəqiqədə açılıb. Fransa millisinin futbolçusu Nqolo Kante rəqib qapısına yol taparaq komandasını önə keçirib. 74-cü dəqiqədə Çağrı Balta fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib.

Qarşılaşmanın baş hakimi azərbaycanlı Rəvan Həmzəzadə olub.

Qeyd edək ki, matçdan əldə ediləcək gəlir Qarabağ Dirçəliş Fonduna ianə olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti