İran hazırkı mərhələdə diqqətini Hörmüz boğazı ilə bağlı məsələyə yönəldib – Bəqai

Dünya xəbərləri Xəbər 4 Oktyabr 2026 12:55 (UTC +04:00)
İran hazırkı mərhələdə diqqətini Hörmüz boğazı ilə bağlı məsələyə yönəldib – Bəqai
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran hazırkı mərhələdə diqqətini Hörmüz boğazı ilə əlaqədar məsələyə yönəltdiyini bəyan edib.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

“Hörmüz boğazının təhlükəsizliyi və təhlükəsizliyin bu boğaza qaytarılması ABŞ tərəfindən müəyyən addımların atılması, o cümlədən İranın dəniz ticarətinin qarşısının alınmaması, sanksiyaların tətbiqinin dayanırılması və başqa məsələlərin həll olunmasından asılıdır”, - deyə o bildirib.

Bəqai bildirib ki, İslamabad anlaşma memorandumunda qeyd olunan məsələlər, eyni zamanda son bir neçə ayda əlavə olunan müddəaların icrası, eləcə də ABŞ tərəfindən tətbiq olunan sanksiyalar ləğv edilməsi İran tərəfindən bəyan olunub.

XİN rəsmisi deyib ki, ümumilikdə ABŞ-nin İrana təqdim etdiyi təklifində öncəki mövqeyi əks olunub və əsasən nüvə məsələsini ehtiva edib. ABŞ tərəfinin mövqeyi Qətərin vasitəçiliyi ilə İran tərəfinə çatdırılıb. Həmin iclasda İranın mövqeyi qarşılıqlı olaraq cavab verilib. Bəzi detallar haqda İran tərəfi lazımi araşdırmalar aparır və yekunlaşdığı halda qarşı tərəfə çatdırılacaq.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti