ABŞ iki İran diplomatını ölkədən çıxarıb

Dünya xəbərləri Xəbər 4 Oktyabr 2026 01:28 (UTC +04:00)

Bakı. Trend:

ABŞ hakimiyyəti BMT Baş Assambleyasının (BA) 81-ci sessiyasının ümumi siyasi müzakirələrində İran nümayəndə heyətinin tərkibində iştirak edən iki iranlı diplomatı ölkədən çıxarıb.

Bu barədə ABŞ-ın Axios portalı məlumat yayıb.

ABŞ rəsmilərindən biri portalın mənbəsinə bildirib: “İran nümayəndə heyətinin daha iki üzvü Baş Assambleyanın [ümumi siyasi müzakirələrinin] başa çatmasından xeyli müddət sonra Nyu-Yorkda aşkar edilib. Onlar artıq ölkədən çıxarılıblar”. Materialda qeyd olunur ki, diplomatlar şənbə günü ABŞ-ı tərk ediblər. ABŞ Dövlət Departamenti isə hələlik TASS-ın bu məlumatı təsdiqləmək xahişinə cavab verməyib.

Portalın qiymətləndirməsinə görə, bu vəziyyət münaqişənin nizamlanması istiqamətində səylərin nəticəsiz qaldığını, həmçinin hərbi əməliyyatların davam etməsi ehtimalının artdığını göstərir.

Xəbər lenti

Xəbər lenti