Türkiyənin 16 vilayətində İŞİD-ə qarşı keçirilən əməliyyatlarda 51 şübhəli saxlanılıb

Dünya xəbərləri Xəbər 3 Oktyabr 2026 17:13 (UTC +04:00)
Türkiyənin 16 vilayətində İŞİD-ə qarşı keçirilən əməliyyatlarda 51 şübhəli saxlanılıb
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 16 vilayətində İŞİD-ə qarşı keçirilən əməliyyatlarda 51 şübhəli saxlanılıb.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İl Jandarma komandanlıqları tərəfindən Adana, Adıyaman, Balıkəsir, Bursa, Diyarbəkir, Düzcə, Ədirnə, Qaziantep, İğdır, Kayseri, Mardin, Mersin, Nevşehir, Sinop, Şanlıurfa və Zonguldakda İŞİD-ə qarşı əməliyyatlar keçirilib.

Əməliyyatlar zamanı 51 şübhəli saxlanılıb.

Məlumata görə, saxlanılan şəxslərin İŞİD-ə üzv olduqları, əlaqəli şəxslər və qondarma yardım təşkilatları vasitəsilə təşkilata maliyyə təmin etdikləri, həmçinin sosial media hesabları üzərindən təşkilatın təbliğatını apardıqları müəyyən edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti