Bakı.Trend:
Səudiyyə Ərəbistanının Məkkə şəhərində, Kəbənin yerləşdiyi Məscidi-Haram yaxınlığında ətrafdakı insanları narahat edərək qorxu və təşvişə səbəb olduğu bildirilən bir şübəli şəxs saxlanılıb.
Bu barədə "CNN Türk" məlumat yayıb.
Səudiyyə Ərəbistanının Baş Təhlükəsizlik İdarəsi saxlanılmanı təsdiqləsə də, digər təfərrüatlara varmayıb.
Səudiyyə Ərəbistanı hakimiyyətinin açıqlamasında saxlanılan şəxsin üzərində partlayıcı maddə olması və ya hücuma cəhd etməsi ilə bağlı hər hansı məlumata yer verilməyib.
