Bakı.Trend:
Nigeriyada “Boko Haram” terrorçu qruplaşmasının üzvləri Borno əyalətinin Marte bölgəsində fermerlərə hücum edib.
Bunu Borno əyalətinin Polis sözçüsü Nahum Kenneth Daso xarici KİV-lərə açıqlamasında bildirib.
Daso hücum nəticəsində 20 fermerin həlak olduğunu, çox sayda şəxsin yaralandığını bildirib.
Onun sözlərinə görə, hücum zamanı 3 nəfər də itkin düşüb. Törədilmiş qətliamla bağlı cinayət işi açılıb.
Nigeriyada 2000-ci illərin əvvəlindən fəaliyyət göstərən “Boko Haram”ın 2009-cu ildən etibarən həyata keçirdiyi kütləvi terror aktları nəticəsində on minlərlə insan həyatını itirib.
Terror təşkilatı 2015-ci ildən etibarən ölkənin sərhəd qonşuları olan Kamerun, Çad və Nigerdə hücumlar həyata keçirir. Təşkilatın Çad gölü hövzəsindəki hücumları nəticəsində azı 2 min nəfər həlak olub.
