Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Polşada Amerika hərbi bazasının yaradılmasının mümkün olduğunu bildirib.
Tramp jurnalistlərin sualını cavablandırarkən bunun nəzərdən keçirildiyini və belə bir bazanın yaradıla biləcəyini deyib. O, qərar verib-vermədiyini isə dəqiqləşdirməyib.
Qeyd edək ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış daha əvvəl ölkədə daimi ABŞ hərbi bazasının yaradılmasının nəzərdən keçirildiyini açıqlamışdı. Sentyabrın əvvəlində ABŞ nümayəndə heyəti Polşaya səfər edərək mümkün əraziləri araşdırıb.