Bakı. Trend:
Azərbaycan beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun XXIII illik iclasının plenar sessiyasında çıxışı zamanı bildirib.
Putin marşrutun bir hissəsinin Azərbaycan ərazisindən keçməli olduğunu qeyd edib.
“Bakı bu layihənin həyata keçirilməsini dəstəkləyir və onu perspektivli hesab edir”, – deyə Rusiya lideri bildirib.