Noyabr seçkilərindən sonra İrana qarşı zərbələr bərpa oluna bilər - Tramp

Dünya xəbərləri Xəbər 1 Oktyabr 2026 16:48 (UTC +04:00)
Noyabr seçkilərindən sonra İrana qarşı zərbələr bərpa oluna bilər - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı zərbələrin yenidən başlana biləcəyini istisna etməyib.

Bu barədə o, "Time" jurnalına müsahibəsində bildirib.

Jurnalistin seçkilərdən sonra İrana qarşı yeni zərbələrin endirilməsinin mümkün olub-olmaması ilə bağlı sualına Tramp “Mümkündür” cavabını verib. Bununla yanaşı, ABŞ Prezidenti qeyd edib ki, ölkənin əhəmiyyətli silah ehtiyatları var və Vaşinqton onları müttəfiqləri ilə bölüşməyə hazırdır.

Tramp həmçinin Tehranın atəşkəs təklifini rədd etdiyini bildirib. Onun sözlərinə görə, İran tərəfi Hörmüz boğazının açılmasını təklif edib, lakin Vaşinqton təklif olunan şərtləri yetərli hesab etməyib.

“Onlar boğazı açmağı təklif etdilər. Siz təklifin bəzi, lakin bütün elementlərini görmüsünüz. Amma bu, sadəcə olaraq, kifayət deyil. Heç yaxın da deyil”, – deyə ABŞ Prezidenti deyib.

İranla münaqişənin daha əvvəl qeyd olunan altı-səkkiz həftə əvəzinə artıq yeddinci aydır davam etməsindən danışan Tramp bunun İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra hərbi əməliyyatı davam etdirmək qərarı ilə bağlı olduğunu bildirib.

“Mən o zaman dayana bilərdim, amma davam etmək istədim”, – deyə o bildirib.

Tramp ayrıca Tehranla razılaşma əldə edildikdən sonra neft qiymətlərinin əvvəlki səviyyəyə qayıda biləcəyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti