Bakı. Trend:
Himalay dağlarında yerləşən Himlunq-Himal zirvəsi (7 126 metr) ərazisində sentyabrın 27-də 4 900 metr yüksəklikdəki baza düşərgəsinə qar uçqununun düşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Bu barədə “The Himalayan Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, axtarış-xilasetmə qrupları daha dörd nəfərin meyitini aşkarlayıb.
Qeyd edək ki, bundan əvvəl yeddi nəfərin meyiti tapılmışdı.
Məlumata görə, hazırda itkin düşmüş hesab edilən daha beş nəfərin axtarışları davam edir. Xilasedicilər daha əvvəl düşərgə ərazisindən xilas edilmiş 10 nəfəri helikopterlərlə təxliyə ediblər.
