Türkiyədə 50-dən çox insanın ölümündə təqsirləndirilən təhlükəli terrorçu tutulub

Dünya xəbərləri Xəbər 1 Oktyabr 2026 12:43 (UTC +04:00)
Türkiyədə 50-dən çox insanın ölümündə təqsirləndirilən təhlükəli terrorçu tutulub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) 2013-cü ildə Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş qanlı terror aktının suriyalı iştirakçılarından biri olan Ömər əl-Xətibi saxlayıb.

Bu barədə Türkiyə KİV məlumat yayılıb.

Terror aktı nəticəsində 53 nəfər həyatını itirmişdi.

MİT-in məlumatına görə, əl-Xətib “qırmızı bülleten” əsasında beynəlxalq axtarışda olub. O, Türkiyədən dəniz yolu ilə çıxaraq Avropaya getməyə hazırlaşdığı zaman keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Qeyd olunur ki, əl-Xətib terror aktının təşkilində əsas rol oynayıb. O, hücumun birbaşa icraçıları ilə keçmiş Suriya Prezidenti Bəşər Əsədlə əlaqəli kəşfiyyat əməkdaşları arasında əlaqə və koordinasiyanı təmin edib.

2013-cü ilin mayında Reyhanlıda iki avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb. Nəticədə 53 nəfər həlak olub, onlarla insan yaralanıb. Terror aktı ilə bağlı istintaq uzun illər davam edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti