S-400 kompleksləri Türkiyədən çıxarıla bilər – Peskov

Dünya xəbərləri Xəbər 30 Sentyabr 2026 14:35 (UTC +04:00)
S-400 kompleksləri Türkiyədən çıxarıla bilər – Peskov
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya istehsalı S-400 zenit raket komplekslərinin Türkiyədən dost ölkələrdən birinə köçürülməsi məsələsi gündəmdədir.

TASS-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Onun sözlərinə görə bu istiqamətdə müvafiq iş aparılır.

“Bu məsələ gündəmdədir, müvafiq iş aparılır və müvafiq təmaslar həyata keçirilir”, - deyə o, Rusiyanın sistemlərin Türkiyədən dost ölkələrdən birinə köçürülməsi imkanını nəzərdən keçirib-keçirmədiyi barədə suala cavabında bildirib.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasına dair müqaviləni 2017-ci ildə imzalayıb və ilk komplekslərin tədarükü 12–25 iyul 2019-cu ildə həyata keçirilib.

S-400-lərin F-35 qırıcılarının texnologiyası və məxfi imkanları üçün təhlükə yarada biləcəyini, həmçinin Rusiya sisteminin NATO-nun hava hücumundan müdafiə sistemləri ilə uyğunluq problemləri yaradacağını əsas gətirərək, ABŞ 2019-cu ildə Türkiyənin F-35 proqramından çıxarılması prosesinə başlayıb. Pentaqonun mövqeyinə görə, S-400 və F-35 eyni vaxtda istifadə edilə bilməzdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti