AYİB istiqrazları sahiblərinə ödəniş ediləcək

İqtisadiyyat Xəbər 30 Sentyabr 2026 15:06 (UTC +04:00)
AYİB istiqrazları sahiblərinə ödəniş ediləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

1 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) emissiya etdiyi, dəyişən faizli və AZİR (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) göstəricisinə indeksləşdirilmiş istiqrazlar üzrə son kupon ödənişi həyata keçiriləcək.

Bu barədə Milli Depozit Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, son kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 610 manat təşkil edəcək.

Qeyd edək ki, dövlət qeydiyyat nömrəsi AZ2001028169 olan istiqrazlar üzrə son kupon ödənişi ilə yanaşı, hər bir qiymətli kağızın 100 000 manat məbləğində nominal dəyəri də ödəniləcək.

Əlavə edək ki, bu ilin iyulun 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı cari kredit portfeli 888 milyon avro dəyərində qiymətləndirilir. Portfelin 41%-i özəl sektorun payına düşür.

Hazırda Azərbaycanda AYİB-nin 35 layihəsi aktivdir.

İyunun 30-u ilə müqayisədə portfel 0,45% və yaxud 4 milyon avro azalıb.

AYİB-nin məlumatına əsasən, cari portfelin əsas hissəsi - 89%-i və yaxud 794 milyon avrosu dayanıqlı infrastrukturun inkişafına, 7%-i və yaxud 64 milyon avrosu maliyyə institutlarına, 3%-i və yaxud 30 milyon avrosu isə korporativ sektora yönəldilib.

Ümumilikdə, AYİB Azərbaycanda 202 layihənin həyata keçirilməsinə 3,728 milyard avro investisiya yatırıb.

Bankın ölkədəki əməliyyat aktivlərinin dəyəri iyulun 31-nə 715 milyon avro təşkil edib. Bu, iyunun 30 ilə müqayisədə 0,83% və yaxud 6 milyon avro azdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti