CAMCA-nın əsas məqsədi əlaqəlilik, sinerji və dostluğun gücləndirilməsidir - Fuad Kərimov

İqtisadiyyat Xəbər 1 Oktyabr 2026 09:24 (UTC +04:00)
CAMCA-nın əsas məqsədi əlaqəlilik, sinerji və dostluğun gücləndirilməsidir - Fuad Kərimov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

CAMCA Şəbəkəsi Asiya-Sakit Okean regionu, Mərkəzi Asiya, Qafqaz, Avropa və Şimali Amerikadan olan nümayəndələri bir araya gətirir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu cümə axşamı CAMCA Şəbəkəsinin Direktorlar Şurasının sədri, CAMCA Şəbəkəsinin Azərbaycan üzrə milli koordinatoru Fuad Kərimov Bakıda keçirilən CAMCA Regional Forumunda deyib.

O bildirib ki, forumun rəsmi açılışı bu gün baş tutub. Tədbirin proqramına bir neçə gün əvvəl ADA Universitetində start verilib və ilk müzakirələr təhsil islahatlarına həsr olunub.

"Çünki təhsil CAMCA-nın yarandığı gündən etibarən əsas diqqət mərkəzində və gündəliyinin prioritetində olub. Əslində, mənim CAMCA iştirakçısı kimi şəxsi yolum 2018-ci ildə başlayıb. Həmin il ADA Universiteti Azərbaycanda ilk CAMCA Forumuna ev sahibliyi edib. Buna görə də CAMCA-ya davamlı dəstəyinə görə cənab Hafiz Paşayevə dərin təşəkkürümü bildirirəm", - deyə Fuad Kərimov qeyd edib.

Onun sözlərinə görə, CAMCA-nın uğurunun əsas göstəricilərindən biri şəbəkənin iştirakçıları və onların arasında formalaşan əlaqələrin getdikcə möhkəmlənməsidir.

"Ötən həftə Azərbaycanda keçirilən Beynəlxalq İnvestisiya Forumunda Özbəkistanın investisiya və ticarət naziri Laziz Kudratovla görüşmək imkanım oldu. O da CAMCA iştirakçısıdır. Bu, bizim iştirakçıların dünyanın müxtəlif yerlərində necə geniş təmsil olunduğunu və şəbəkənin nə qədər gücləndiyini göstərir. Bütün iştirakçılarımızı dünyanın müxtəlif yerlərində görmək çox xoşdur", - deyə o əlavə edib.

Fuad Kərimov bildirib ki, forum çərçivəsində müxtəlif maraqlı məsələlər müzakirə olunacaq.

"Bu gün və sabah bir çox maraqlı məsələləri müzakirə edəcəyik. Bütün bunlar əlaqəlilik və sinerji ilə bağlıdır. Ümid edirəm ki, daha çox əməkdaşlıq və hər şeydən əvvəl daha çox dostluğun şahidi olacağıq. Azərbaycandan və Bakıdan zövq alın. Sizə forumun iki günü ərzində uğurlar arzulayıram", - deyə Fuad Kərimov vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti